Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivi ərazisində dənizdə batmış 1979-cu il təvəllüdlü Mirzəyev Mikayıl Rəhim oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hafta.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, vətəndaş ən yaxın xilasetmə məntəqəsindən 5 km məsafədə nəzarət olunmayan ərazidə batıb.
*** 10:51
Bakıda bir nəfər dənizdə batıb.
Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivinin yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfər batıb.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.